Ontoloji arqumentə qısa baxış
- 225 dəfə baxılıb
21 fevral 2009-cu il tarixində filosoflar – Alvin Plantinqa və Denyel Dennet Amerika Filosoflar Assosiasiyasının Midvest bölümünün illik konfransında elm və dinin bir-biri ilə uyğunluğu mövzusunda debat aparıblar. Düşünürəm ki, bu debat elm və din mövzusunda aparılmış ən yaxşı debatdır, çünki hər iki filosof öz sahəsində yetəri qədər güclü yerə sahibdirlər.
Debatın ümumi mövzusu elm (xüsusilə təkamül nəzəriyyəsi) və dinin arasında olan uyğunluq və ziddiyyətdir. Debatda filosof Alvin Plantinqa elm və dinin bir-biri ilə uyğun olduğunu, ziddiyyətli görünən tərəflərin naturalist izahlardan qaynaqlandığını iddia edir və buna dair ortaya ciddi arqumentlər qoyur. Bununla da kifayətlənməyən Plantinqa məsələni bir az da dərinləşdirərək, əslində, elm və naturalizmin bir-birinə zidd olduğunu isbat etməyə çalışır. Buna dair “naturalizmə qarşı təkamül dəlili” arqumentini irəli sürür.
Filosof Denyel Dennet isə tamamilə fərqli fikirdədir. O düşünür ki, elm və din bir-birinə tamamilə ziddir. Elmin verdiyi cavablar dinin cavabları ilə müqayisədə daha ciddi, daha rasional və daha dəqiqdir. Debat ərzində Dennet Plantinqanın verdiyi arqumentləri cavablandırmağa çalışır.
Bu debatın Azərbaycan oxucusuna təqdim olunması, zənnimcə, olduqca mühüm bir hadisədir. Bu debata nəzər yetirməklə həm azərbaycanlı oxucu daha ciddi arqumentlərlə tanış olacaq, həm də hər iki tərəfin fikrini bir kitabda görmək imkanı əldə edəcək. Kitab həm elmi, həm də fəlsəfi ağırlıqlı arqumentlərlə zəngin bir fikir mübadiləsi ortaya sərir. Debatda kimin üstün olması məsələsi isə dəyərli oxucuların öz rəyinə buraxılır.
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...