Alvin Plantinqa
Müasir dövrün ən nüfuzlu analitik fəlsəfə nümayəndələrindən biridir və xüsusilə din fəlsəfəsi sahəsindəki işləri ilə tanınır. O, kalvinizm ənənəsinə bağlı xristian filosofudur və Tanrının varlığı, idrak nəzəriyyəsi (epistemologiya) və şər problemi kimi mövzuları fəlsəfi cəhətdən müdafiə etmişdir. “Reformist epistemologiya” adlı yanaşmanın əsas qurucularından biri sayılır və bu yanaşmada dini inancın rasional əsaslandırmaya ehtiyac olmadan da bilik kimi qəbul edilə biləcəyi müdafiə olunur. Onun əsas araşdırma sahələri din fəlsəfəsi, metafizika, epistemologiya və təkamül ilə teizm arasındakı münasibətlərdir.
Karyerası ərzində "Templeton Prize" (2017) kimi nüfuzlu mükafatlara layiq görülmüş və analitik fəlsəfəyə böyük təsir göstərmişdir. O, xüsusilə “God and Other Minds”, “Warranted Christian Belief” kimi əsərləri ilə çağdaş teist fəlsəfənin ən önəmli simalarından biri hesab olunur.
"Azadlıq, şər və Tanrı", "Elm və din: uyğunluq varmı?" (Dennetlə debat) kitabları nəşriyyatımız tərəfindən azərbaycancaya tərcümə edilib və nəşr edilib.
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...