Ontoloji arqumentə qısa baxış
- 224 dəfə baxılıb
Bu araşdırmada mən konkret bir dini inancın — yəhudi-xristian ənənəsində təsvir olunan Tanrının varlığına inanmağın rasional əsaslandırılmasını təhlil etməyə çalışacağam. Lakin burada sual yaranır: bu mövzuya necə yanaşmaq olar? Tanrının varlığına inanmağın rasional olub-olmadığını necə göstərmək mümkündür? Bu məsələyə dair mühüm və ənənəvi yanaşmalardan biri “natural teologiya” adlanır. Bu yanaşmada teizmin əsas inanclarına dair sübutlar təqdim olunur. Bəs Tanrının varlığının sübutu nə deməkdir? Belə bir sübut necə görünməlidir? Əlbəttə ki, sadəcə doğru fərziyyələrə əsaslanan deduktiv cəhətdən etibarlı istənilən arqument bu məqsədə xidmət etməyəcək. Məsələn, aşağıdakı arqumenti nəzərdən keçirək:
Bu arqumentin ilk fərziyyəsini maddi şərt kimi qəbul etsək, hər bir teist onun doğru olduğunu qəbul edəcək. Beləliklə, burada deduktiv cəhətdən etibarlı və doğru fərziyyələrə əsaslanan bir arqument var. Lakin bu arqumenti Tanrının varlığının sübutu kimi qəbul etmək heç bir halda məntiqli deyil.
Natural teoloqun məqsədi, teizmin əsas inanclarının — məsələn, Tanrının varlığı və ruhun ölməzliyi kimi açıq-aşkar doğru olan və demək olar ki, hər bir sağlam düşüncəli insan tərəfindən qəbul edilən (məsələn, “Bəzi şeylər hərəkətdədir”) fərziyyələrlə, həmçinin öz-özünə aydın və zəruri şəkildə doğru olan fərziyyələr əsasında deduktiv və ya induktiv yolla əsaslandırıldığını göstərməkdir. Bu yolla o, dini inancların rasional şəkildə əsaslandırıla biləcəyini sübut etməyə çalışır. Məncə, əgər bu arqumentlərdən həmin inancların doğrudan da nəticə kimi çıxdığını göstərə bilsə, o zaman bu inancların rasional olduğunu da göstərmiş olur. Mən diqqətimi Tanrının varlığına inanmağın rasionallığına yönəltdiyim üçün (bu inanc hər bir teist dinin təməli və mərkəzidir) bu fəsildə və növbəti üç fəsildə natural teologiyanın üç məşhur və ənənəvi arqumentini diqqətlə və ətraflı şəkildə araşdıracağam: Kantın adlandırdığı kosmoloji, ontoloji və teleoloji arqumentlər. Bu arqumentlər hər nə qədər məşhur və klassik olsa da, müasir filosoflar birinci və üçüncü arqumentlər barədə demək olar ki, heç nə deməyiblər; ikinci arqumentlə bağlı isə çox şey söylənsə də, hələ də deyilməli olan çox şey qalır.
Kosmoloji arqumentin klassik mənbəyi Müqəddəs Akvinalı Tomasın “üçüncü yolu”dur:
Üçüncü yol mümkünlük və zərurət anlayışlarına əsaslanır və belə davam edir:
Təbiətdə həm mövcud olma, həm də mövcud olmama potensialına sahib şeylər var (varlığı mümkün olan şeylər); çünki biz onların meydana gəldiyini və məhv olduğunu müşahidə edirik. Bu isə onların həm var, həm də yox ola bilməsinin mümkün olduğunu göstərir. Lakin bu cür varlıqların daim mövcud olması qeyri-mümkündür; çünki varlığı mümkün olan hər bir şey müəyyən bir zamanda mövcud olmamışdır. Əgər hər şey varlığı mümkün olan olarsa, o zaman bir vaxtlar heç nə mövcud olmamış olmalıdır. Əgər bu doğrudursa, o zaman indi də heç nə mövcud olmamalı idi; çünki mövcud olmayan bir şey yalnız artıq mövcud olan başqa bir şey vasitəsilə varlığa gələ bilər.
Beləliklə, əgər bir vaxtlar heç nə mövcud olmayıbsa, o zaman heç bir şeyin varlığa gəlməsi mümkün olmazdı və bu halda indi də heç nə mövcud olmamalı idi — bu isə açıq-aşkar absurddur. Deməli, bütün varlıqlar sadəcə mümkün varlıqlar ola bilməz; elə bir varlıq mövcud olmalıdır ki, onun varlığı zəruri olsun. Lakin hər bir zəruri varlıq ya öz zəruriliyini başqa bir şeydən alır, ya da almır. İndi, zəruriliyini başqa bir şeydən alan zəruri varlıqların sonsuzluğa qədər davam etməsi mümkün deyil — bu, artıq səbəb-nəticə zənciri kontekstində sübut olunmuşdur. Ona görə də, biz elə bir varlığın mövcudluğunu qəbul etməyə məcburuq ki, o, öz zəruriliyini özündən alır, onu başqa bir şeydən almır, əksinə, digər varlıqlara onların zəruriliyini bəxş edir. Bütün insanlar bu varlığı Tanrı adlandırırlar.[1]
Bu arqumenti nəzərdən keçirmək üçün onun müəyyən sxematik formaya salınması lazımdır. Aşağıdakı struktur ilkin mərhələdə məqsədimizə xidmət edə bilər:
(a) Hal-hazırda kontingent varlıqlar mövcuddur (mövcud olma və mövcud olmama ehtimalı olan şeylər, mümkün varlıqlar).
(b) Mövcudluğu mümkün olan hər bir şey müəyyən bir zamanda mövcud olmamışdır.
(c) Buna görə də, əgər bütün varlıqlar kontingentdirsə, o zaman bir vaxtlar heç nə mövcud olmamışdır — (b)-dən çıxır.
(d) Mövcud olmağa başlayan hər bir şey, artıq mövcud olan başqa bir şey tərəfindən orataya çıxarılır.
(e) Buna görə də, əgər hər hansı bir zamanda heç nə mövcud olmayıbsa, o zaman sonrakı bütün zamanlarda da heç nə mövcud olmayacaqdır — (d)-dən çıxır.
(f) Deməli, əgər bir vaxtlar heç nə mövcud olmayıbsa, o zaman indi də heç nə mövcud olmamalı idi — (e)-dən çıxır.
(g) O halda, əgər bütün varlıqlar kontingentdirsə, deməli, indi heç nə mövcud deyil — (c) və (f)-dən çıxır.
(h) Buna görə də, bütün varlıqlar kontingent ola bilməz — (a) və (g)-dən çıxır.
(i) Deməli, ən azı bir zəruri varlıq mövcuddur — (h)-dən çıxır.
(j) Hər bir zəruri varlıq ya öz zəruriliyini başqa bir varlıqdan alır, ya da zəruriliyi özündən qaynaqlanır.
(k) Zəruriliyini başqa bir varlıqdan alan zəruri varlıqların sonsuz silsiləsi mümkün deyil.
(l) Buna görə də, zəruriliyi özündən qaynaqlanan bir zəruri varlıq mövcuddur — və bütün insanlar bu varlığı Tanrı adlandırırlar — (i), (j), (k)-dən çıxır.
[1] Summa Theologica, Q. 3, art. 3.
Əgər irad bildirilsə ki, kainat sonsuzdur, nə qədər geriyə getsə mövcuddur o zaman başqa bir problem ortaya çıxır sonsuzluqdan başlama problemi bir şey sonsuzluqdan başlaya bilməz, əgər bu həyatda bir nəticə varsa( məsələn küknar ağacı) bunun keçmişi sonsuz ola bilmir, çünki sonsuzluqdan bir şey başlamır, məsələn domino daşlarının bir birini yıxması kimi.
Cavab Ver
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...