Preloader

Haqqımızda

Haqqımızda
"Onlara de" platforması 2018-ci ildən fəaliyyət göstərən tənqid və maarif platformasıdır.

Platformanın əsas mahiyyəti non-teizmin (dinsizliyin) fəlsəfi və elmi tənqidindən ibarətdir. Bu platformada ateizm, deizm, aqnostisizm və s. non-teist cərəyanların tənqidi haqqında məqalələr oxuya, videolar izləyə bilərsiniz. Bundan əlavə non-teistlərin dinlərə qarşı irəli sürdüyü arqumentlərə də geniş şəkildə verilmiş cavabları tapa bilərsiniz. 

"Onlara de" de platforması non-teizmin tənqidi ilə yanaşı maarifçiliklə bağlı da fəaliyyət göstərir. Burada müxtəlif elm sahələrinə - fizika, biologiya, fəlsəfə, tarix, iqtisadiyyat və s. - aid məqalələr və videolara rast gələ bilərsiniz. 

"Onlara de" platforması bu fəaliyyəti həm də kitab nəşrləri formasında həyata keçirir. Müxtəlif sahələrdə (daha çox tənqidi) kitablar platforma tərəfindən nəşr edilib və geniş oxucu auditoriyasına təqdim edilib.