Ontoloji arqumentə qısa baxış
- 225 dəfə baxılıb
Alimlər bildirirlər ki, Alyaskada bir dağın bir hissəsinin dənizə çökməsi nəticəsində yaranan nəhəng “meqasunami” dalğası indiyədək qeydə alınmış ikinci ən hündür dalğa olub və əriməkdə olan buzlaqların yaratdığı risklərə diqqət çəkir.
Keçən yay Alyaskanın cənub-şərqində yerləşən ucqar bir fyordda nəhəng bir dalğa irəliləyərək arxasında böyük dağıntılar qoydu.
Hadisə həmin vaxt geniş şəkildə yayılmasa da, yeni elmi analiz kiçik zəlzələlərin nəhəng bir torpaq sürüşməsini tətiklədiyini ortaya qoyur.
Torpaq sürüşməsi nəticəsində 24 Böyük Piramidaya bərabər olan 64 milyon kubmetr qaya parçası fiyorda töküldü.
Bir dəqiqədən də az müddətdə bu qədər böyük qaya kütləsinin fyorda düşməsi nəticəsində yaranan inanılmaz güc, təxminən 500 metr hündürlüyündə nəhəng bir dalğa meydana gətirdi.
Tədqiqatçılara görə, hadisənin səhərin erkən saatlarında baş verməsi turist gəmilərinin faciəyə uğramasının qarşısını aldı.
Treysi Arm Fyordundakı dağıntıları öz gözləri ilə görən alyaskalı geoloq Dr. Bretvud Hiqmən hadisənin az zərər verdiyini bildirib: “Orada insanlar ola bilərdi. Gələcəkdə bu qədər şanslı olmama ehtimalımız məni həqiqətən qorxudur”.

Torpaq sürüşmələrinin, zəlzələlərin və ya boş qayaların aşağıdakı suya düşməsi nəticəsində yaranan bu nəhəng dalğalara meqasunami deyilir. Bunlar adətən yalnız baş verdiyi ərazini təsirləndirir və qısa müddətdə gücünü itirir.
Digər sunamilər isə açıq okeanda yaranır və birbaşa zəlzələlər və ya bəzən sualtı vulkanlar kimi güclü hadisələrlə tətiklənir.
Məsələn, 2011-ci ildə Yaponiya sunamisində olduğu kimi, bu dalğalar minlərlə kilometr məsafə qət edə, yaşayış məntəqələrini vura və genişmiqyaslı dağıntı və insan itkisinə səbəb ola bilər.
Ən böyük meqasunami 1950-ci illərdə baş vermiş və 500 metrdən yüksək dalğa yaratmışdı. 2025-ci ilin yayında baş verən hadisə isə tarixdə ikinci ən böyük meqasunami hesab olunur.

Dr. Hiqmən, sunaminin Treysi Arm fyordunu vurmasından bir neçə həftə sonra hadisə yerinə çatdı. Bu bölgə Alyaskanın təbii gözəlliklərini görmək istəyən böyük sərnişin gəmiləri üçün məşhur istiqamətlərdən biridir.
O, dağ yamacını örtən və ya suya sovrulmuş ağac parçaları, torpaq və bitki örtüyünün sıyrıldığı sahələr, eləcə də geniş ərazilərə yayılmış parçalanmış qayalar gördü.
Alyaska dik dağları, dar fyordları və tez-tez baş verən zəlzələləri səbəbindən meqasunamilərə qarşı xüsusilə həssas bölgə hesab olunur.
"Science" jurnalında yayımlanan yeni araşdırma isə iqlim dəyişikliyinin səbəb olduğu buzlaq ərimələri və donmuş torpaqların əriməsi bu cür çökmələri daha da ağırlaşdırdığını ortaya qoyur.
Tədqiqat qrupu hadisələr zəncirini addım-addım yenidən qurmaq və dalğanın hündürlüyünü müəyyən etmək üçün sahə araşdırmalarını, seysmik məlumatları və peyk məlumatlarını birləşdirib.
"University College London"dan Dr. Siven Hiks bildirib ki, buzlaq əvvəllər bu qaya kütləsini yerində saxlamağa kömək edirdi, lakin buz əridikcə və kiçildikcə uçurumun alt hissəsi açıq qalıb və bu da qaya materialının qəfil şəkildə fyorda çökməsinə səbəb olub.
Hiks və həmkarları onilliklərdir sunamiləri araşdırırlar və ciddi narahatlıq keçirirlər: “Artıq daha çox insan ucqar bölgələrə gedir. Çox vaxt turist gəmiləri bu bölgələrin təbii gözəlliyini görmək və iqlim dəyişikliyi haqqında daha çox öyrənmək üçün gəlir, amma buralar eyni zamanda təhlükəli yerlərdir”.
Dr. Hiqmən hesab edir ki, meqasunami riskləri getdikcə artır: “Bu mərhələdə risklərin azalmaq əvəzinə əhəmiyyətli dərəcədə artdığına demək olar ki, əminəm. Onların cəmi bir neçə onillik əvvəl ilə müqayisədə təxminən 10 dəfə daha tez-tez baş verməsi çox mümkündür.”
Alimlər Alyaskada meqasunamilərə qarşı həssas ola biləcək bölgələrdə təhlükələrin daha geniş şəkildə izlənməsinə çağırış edirlər.
Bəzi şirkətlər isə təhlükəsizlik narahatlıqları səbəbindən artıq Treysi Arm bölgəsinə gəmi göndərməyəcəklərini açıqlayıblar.
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...