Ontoloji arqumentə qısa baxış
- 225 dəfə baxılıb
Nyu-York universitetinin psixologiya kafedrasının müəllimi Pr.Paul Vitz dinə meyllənmənin psixoloji səbəblərini Ziqmund Freydin metodologiyasına əsasən araşdırmış, lakin tam fərqli bir nəticə əldə etmişdir. O, ortaya qoyduğu nəzəriyyə ("qüsurlu ata" nəzəriyyəsi) barədə "Ateizm psixologiyası" kitabında ətraflı şəkildə bəhs edir.
Freyd insanlarda təhtəlşüurun olduğu fikrini ortaya qoyur və deyir: "Təhtəlşüur biz fərqində olmasaq belə bizim həyatımıza və rəftarlarımıza təsir etmək qüdrətinə malikdir. Təhtəlşüurda toplanan informasiyalar bizim həyatımızı bütün sahələrdə ehtiva edəcək qədər təsirlidir".
Paul Vitz məhz bu nəzəriyyədən istifadə edərək belə qənaətə gəlir ki, Allaha iman və dini inancın qarşısında dayanan ateizm və inkarçılıq düşüncəsinin mənşəyi də təhtəlşüurda toplanmış məlumatlara, yəni psixoloji səbəblərə söykənir. Beləliklə ateizm ideologiyasının sırf psixoloji səbəblərə dayandığını və heç bir məntiqi və əqli əsası olmadığını deyir. O, bu psixoloji səbəbləri iki hissəyə bölür :
1. Səthi səbəblər: Hər hansısa ictimai və müəyyən elmi cərəyanlara qoşulub onların təsirinə düşmək kimi.
2. Təhtəlşüurda oturuşmuş din və dini öhdəçiliklərlə düşmənçilik.
Freyd də Allaha imanın və dini inancın qaynağını psixoloji səbəblərdə görür və deyir:
"Dinə iman övladın valideynini sevməməsinə bənzəyir ki, ata dünyadan köçdükdən sonra övlad onun üçün darıxır və ataya ehtiyacını hiss edir və ona qarşı etdiklərindən peşman olur. Bu peşmançılıq atanı böyütmək və müqəddəsləşdirməklə nəticələnir. Bundan sonra da bu psixoloji hal nəticədə onun özü tərəfindən Allahın yaradılmasına və ona ibadətə çevrilir".

Ziqmund Freyd
Freyd dinə meyllənmənin səbəblərindən biri kimi bu məsələni önə çəkərək "səmavi ata" nəzəriyyəsini irəli sürür. Paul Vitz də elə Freydin metodundan istifadə edərək bu nəzəriyyəni rədd edir və deyir:
"Ateistlik övladın atasını sevməməsinə bənzəyir və atasını alçaltmaq üçün əlindən gələn yeganə iş onu inkar etməkdir... Həmişə insan Allahı "səmavi ata" olaraq görür. Yerdəki (şəxsin öz bioloji) atası gözündə pis və qüsurlu olduqda asimani ataya da (Allaha da) inamını itirir. Ondan intiqam almaq üçün də inadkarlığa, onu inkar edərək onunla düşmənçiliyə başlayır".
Bioloji atanın insanın gözündə pis və qüsurlu olmasına səbəb olaraq atanın ailədə idarəçilik və kontrolunun zəif olmasını, ailə üzvlərinə ehtiram qoymamasını, qəzəbli və kobud olmasını və s. göstərmək olar.
Tarixdə ataları bu xüsusiyyətdə (qüsurlu ata obrazına sahib) olanların bariz misalı olaraq elə Ziqmund Freydin özünü, Feyerbaxı, Karl Marksı, Adolf Hitleri, Folteyri göstərmək olar. Maraqlısı da budur ki, adları qeyd olunan şəxslərin hamısı ateist olub.

Paul Vitz
Yeni ateizm - "New Atheism" termini demək olar ki, müasir ideoloji və fəlsəfi mövzularda geniş istifadə olunan termindir. Diqqətə layiq məqamardan biri də budur ki, Qərbdə bu termin "11 sentyabr" hadisələrindən sonra daha şiddətli rəng aldı.
2004-cü ildə Sem Haris "İmanın sonu" (End of Faith) adlı kitabını çap etdirdi. Bu kitab Amerikada ən çox satılan kitablardan biri oldu və başqa ateistlər üçün də yol açdı. Sem Haris bu kitabda 11 sentyabr hadisələrinə görə İslam dinini tənqid edir. Həmçinin məsihiyyət və yəhudiyyətə də hücumlar edir.
2 ildən sonra onun "Məsihi millətinə məktub" (Letter To Christian Nation) adlı növbəti kitabı çap edildi. Bu kitab da dinin, xüsusilə də məsihiliyin tənqidinə yönəlmişdir. Ondan sonra isə Riçard Dokinz "Şərin mənşəyi" (Roots of All Evil) filmi ilə dini hədəf aldı.
Ümumiyyətlə ateizmin dinə sarı bu həmlələrinin müxtəlif səbəbləri vardır. Bu səbəblərdən biri də "şəxsi səbəbdir". Bu səbəb şəxsin özünə aiddir və onu iki hissəyə bölmək olar:
1. Psixoloji səbəb
2. İdeoloji səbəb
Birinci hissədə ateizmin dinin əleyhinə hücumlarının iki (psixoloji və ideoloji) səbəbinə işarə etdik. Məsələ aydın olsun deyə bu səbəbləri də kateqoriyalara ayıraq.
1. İfrat özünəetimad və ictimai qürur
Bəzi cavanların dini etiqadlarının əsası elmi və məntiqi dəlillər əsasında deyil, hisslər və emosiyalar üzərində formalaşdığı halda öz imanları və dini ideologiyalarının haqq olması barədə ifrat özünəetimada malikdirlər. Elmləri olmadığından da dinə yönəlmiş şübəhələr qarşısında aciz qalaraq dindən çox rahatlıqla üz çevirir və ateizmə meyllənirlər.
2. Mənəvi quruluq
İbadət əsnasında Allaha yaxınlıq barədə düşünməmək, Onu yad edərkən onunla ünsiyyətə çalışmamaq və Onunla münacat, razı-niyaz etməmək mənəvi quruluğa gətirib çıxarır. Bu quruluq da insanın dindən uzaqlaşaraq dinsizliyə sarı yönəlməsinə yol açır.
3. Sadəlöhvlük
Bəzi cavanlar ateizm barədə kitabları oxuduqda və ya ateizmi təbliğ edən video çarxlara baxdıqda orada qeyd edilən və müştəri yığmaqdan ötrü satış üçün nəzərdə tutulan elm, təcrübə və məntiq "bəzəkləri" ilə bəzədilmiş bəzi fikirlərə tez bağlanır və tez də qəbul edirlər. Bunun da səbəbi həmin gənclərdə tənqidçi ruhun olmaması və onlara təqdim olunanı araşdırma potensialına malik olmamalarıdır. Bu da onların ateizmə meyllənmələrinə gətirib çıxarır. Lakin bir şəxs tənqidçi yanaşma və araşdırmaçı potensiala malik olarsa, ona təqdim edilənləri tənqid edib doğru və yalnış tərəflərini araşdıraraq ateizmi tarixin zibilliyinə basdıracaq. Necə ki, Fransis Bekon deyir :
"Fəlsəfənin az bir hissəsi ( yəni natamam fəlsəfi məlumat və bilgilər) adamı ateistliyə, lakin fəlsəfədə dərinlik (yəni hərtərəfli məlumat və əsaslı fəlsəfi bilgilər) adamı imana yetişdirər".
4. Tələskənlik
Ateizmə meyllənmənin bu səbəbi elə əvvəlki səbəbə yaxındır. Fərqləri isə bu səbəbin ideoloji deyil psixoloji olmasıdır.
5. Şəhvət və vicdandan qaçmaq
Bu problem cavanlar arasında yayılmış ən bariz nümunələrdəndir. Onlarda şəhvətlə günahı dərk və vicdan arasında ziddiyyət yarandığında bu problemə düçar olurlar. Çünki insan Allaha itaət və maddi şəhvətlərinə qulluq arasında birini seçməlidir. Bəzi hallarda fərdin seçimi dindən, Allahdan uzaqlaşmaq və dini öhdəçiliklərindən boyun qaçırmaq olur. Bu da elə dindən üz çevirmənin rahatlıq, həyatın aramlıq və hüzur içində olduğunu güman edən ateistlərin dedikləridir. Lakin bu düşüncə bir müddətdən (istər az olsun istərsə də çox) sonra psixi narahatçılığa çevrilir. Hətta özünüqəsd və intihara da gətirib çıxara bilir.
Hələ heç bir rəy yoxdur. İlk rəyi siz yazın!
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...