Ontoloji arqumentə qısa baxış
- 225 dəfə baxılıb
İnanc və emosiyalar, duyğular arasında hansı əlaqə var? Hansı biri digərinin səbəbidir.
Bu barədə 4 nəzəriyyə var.
1. Devid Yum deyirdi: "Bu ikisi arasında səbəb-nəticə əlaqəsi yoxdur".
2. Emosiyalar, duyğular inancın səbəbidir və bu birtərəfli səbəbiyyətdir.
3. İnanc emosiya və duyğuların səbəbidir və bu birtərəfli səbəbiyyətdir.
4. Bu ikisi arasında dialektik əlaqə var. İnanc, emosiya və duyğular arasında səbəb-nəticə əlaqəsi mövcuddur və hər biri digərinin səbəbidir.
Çağdaş psixoloqların böyük əksəriyyəti bu dördüncü nəzəri dəstəkləyir. Lakin bu nəzər barədə də hələ də həll olunmayan bir müzakirə var. O da bu ikisindən hansının çəkicə daha ağır olması və öncəliyi məsələsidir. Bu məsələ barədə də 3 görüş mövcuddur.
1. İnanc emosiyalar üçün səbəb olduğu qədər emosiya və duyğular da inanc üçün o qədər səbəbdir. Yəni, bərabər çəkidədirlər həmvəzndirlər. (Çox az bir qism bu görüşü dəstəkləyir)
2. İnanc emosiya və duyğulardan daha güclüdür və emosiyaların səbəbdir.
3. Üçüncü görüş isə Vilyam Cemymsin irəli sürdüyü fikirdir, yəni emosiya və duyğular inancdan daha güclüdür və inanc üçün səbəbdir.
İnancın emosiyalardan və ya əksinə, hansının daha güclü olması mövzusu insanın xarakterinin, şəxsiyyətinin, mahiyyətinin hansı tərəfdən qaynaqlandığını, şəxsiyyətinin mərkəzində hansının (inacın yoxsa emosiyaların, duyğuların) olduğunu anlamağa kömək etdiyi üçün mühümdür.
Aristotelə görə insan şəxsiyyətinin cövhərini inanc təşkil edir. İnancın emosiyalardan, duyğu və hisslərdən güclü və əsas olması fikri İbrahimi dinlərə (yəhudiyyət, məsihiyyət, İslam) Aristoteldən əxz edilərək kəlam elminə, ilahiyyata daxil edilib.
Vilyam Ceyms isə insanın cövhərinin, mahiyyətinin emosiya və hisslər olduğunu deyir.
Hz. Əlinin maraqlı bir sözü var, deyir ki, "hər kəsin dəyəri sevdiyi şeyin dəyəri qədərdir".
Əgər var dövləti çox sevirsənsə dəyərin o qədərdir. Əgər mərifəti sevirsənsə onun qədər dəyərlisən. Sənin çəkini duyğuların, emosiyaların təyin edir. Bax gör hisslərin, duyğuların nəyə tərəf cəlb edir səni, nəyə ram olmağa səsləyir?
Ariflər deyirdi ki, insanın cövhəri, özü, istədikləridir. Dünya bazarında nə istədiyini söylə, nə qədər qiymətin olduğunu deyim. Axtarışda olmağın, hisslərin, duyğuların çox mühümdür.
Hələ heç bir rəy yoxdur. İlk rəyi siz yazın!
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...