Ontoloji arqumentə qısa baxış
- 225 dəfə baxılıb
ABŞ-da Missuri–Kanzas Siti Universiteti və Arizona Universiteti tərəfindən aparılan bir araşdırma insanların üz-üzə qurduğu şifahi ünsiyyətin son illərdə nəzərəçarpacaq dərəcədə azaldığını ortaya qoyub. Tədqiqata görə, 2005–2019-cu illər arasında fərdlərin gündəlik danışıq miqdarı təxminən 28 faiz azalıb.
Tədqiqatçılar müəyyən ediblər ki, 2005-ci ildə bir insan gündə orta hesabla 16.632 söz istifadə etdiyi halda, 2019-cu ildə bu rəqəm 11.900 sözə düşüb. Məlumatların 22 fərqli araşdırma çərçivəsində 2 mindən çox insanın gündəlik həyatlarının səs yazılarının təhlili ilə əldə olunduğu bildirilib.
Mütəxəssislər xüsusilə pandemiyadan sonrakı dövrdə bu azalmanın daha da sürətlənmiş ola biləcəyinə diqqət çəkirlər.
Araşdırma qrupuna görə, bu geriləmənin əsas səbəblərindən biri rəqəmsal vərdişlərin geniş yayılmasıdır. Tətbiqlər vasitəsilə sifariş vermək, mesajlaşmanın gündəlik ünsiyyətin əsas formasına çevrilməsi və sosial həyatın böyük ölçüdə onlayn platformalara keçməsi üz-üzə danışıq imkanlarını azaldır.
Tədqiqatı qiymətləndirən mütəxəssislər vurğulayırlar ki, bu dəyişiklik təkcə “kiçik söhbətləri” deyil, ümumilikdə ünsiyyət formasını da təsirləndirir.
Araşdırma göstərir ki, danışığın azalması bütün yaş qruplarında müşahidə olunsa da, gənclər arasında bu təsir daha aydın görünür. 25 yaşdan aşağı şəxslərdə hər il gündəlik danışıq miqdarı orta hesabla 451 söz azalır, 25 yaşdan yuxarı olanlarda isə bu azalma 314 söz səviyyəsindədir.
Ümumi ortalamada isə gündəlik danışıq miqdarının hər il təxminən 338 söz azaldığı hesablanıb. Bu tendensiya eyni şəkildə davam edərsə, hazırda bəzi insanların gündəlik danışığı 10 min sözün altına düşmüş ola bilər.
Araşdırmada qeyd olunur ki, ünsiyyətdəki bu azalma yalnız sosial deyil, psixoloji nəticələr də doğura bilər. Mütəxəssislər bildirirlər ki, insan ünsiyyətinin azalması təkliyin artmasına səbəb ola bilər və fərdlər daha məhdud sosial mühitlərə qapanmağa meylli ola bilərlər.
Həmçinin danışıq praktikasının azalmasının əsas ünsiyyət bacarıqlarını zəiflədə biləcəyi, xüsusilə qarşılıqlı söhbətlərdə söz kəsməmək kimi sadə görünən sosial qaydaların belə zamanla zəifləyə biləcəyi vurğulanır.
Danışıq tezliyindəki azalmanın təsiri yalnız böyüklərlə məhdudlaşmır. Araşdırma valideynlərin telefon istifadəsi ilə körpələrlə qurulan ünsiyyət arasında birbaşa əlaqə olduğunu göstərir.
Ev şəraitində aparılan səs yazılarının təhlilinə görə, valideynlər telefonla məşğul olduqları anlarda körpələrinə dedikləri sözlərin sayı 16 faiz azalır. Mütəxəssislər qeyd edirlər ki, uşaqlıq dövründə eşidilən sözlərin sayı söz ehtiyatının inkişafında və akademik uğurda mühüm rol oynayır.
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...