Ontoloji arqumentə qısa baxış
- 224 dəfə baxılıb
Hər bir xalqın özünəməxsus qəhrəmanları mövcud olmuşdur. Məsələn, biz Qədim Yunanıstan eposlarına baxdığımız zaman Herakl və Axilles kimi qəhrəmanlarla rastlaşırıq. Skandinav mətnlərində Siqurd və Raqnar, Britaniya xalqının dastanlarında isə Kral Artur qarşımıza çıxır. Demək olar ki, bütün xalqlarda bu cür qəhrəmanlar mövcud olmuşdur. Bəs bizim — Azərbaycan xalqının qədim zamanlarda mövcud olan qəhrəman personajı kimdir? Bəli, Koroğlu kimi qəhrəman personajlar tariximizdə mövcud olmuşdur, lakin bir şəxs də var ki, Azərbaycan xalqının onu qəhrəman kimi görməsi olduqca önəmli tarixi hadisədir. Bu şəxs İslam tarixinin ən parlaq simalarından biri, peyğəmbərin əmisi oğlu və ən yaxın səhabəsi, şiə firqəsinin birinci imamı Əli ibn Əbu Talibdir. Hz. Əli qədim Azərbaycan (Anadolu və İran) dastanlarının ən əsas qəhrəmanlarından biri, bəlkə də birincisidir.
Əlinizdə tutduğunuz əsər də hz. Əli haqqında Azərbaycan xalqının önəmli dastanlarından biri olan “Xavərnamə”dir. Bu dastanda təsvir edilən hadisələr tarixi faktlar yox, xalq arasında dastana çevrilmiş rəvayətlərdir. Qədim Azərbaycan xalqı hz. Əlinin cəngavərliyindən təsirlənərək onun haqqında müxtəlif mistik hekayələr nəql etmişdir ki, “Xavərnamə” dastanı da onlardan biridir.
Dastanın dilimizdəki nəşri olduqca əlamətdar bir hadisədir. Bu dastanın dilimizdəki nəşri bizə onu göstərir ki, xalqımız tarixən hz. Əliyə xüsusi məhəbbət və rəğbəti ilə seçilib. Bu sevgi həm qədim zamanlarda, həm də günümüzdə hz. Əlini dini kimlikdən əlavə, bir qəhrəmanlıq simvoluna çevirmişdir.
Əsərin ərsəyə gəlməsində əməyi olan hər bir kəsə xüsusi təşəkkürümü bildirirəm!
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...