Preloader

Əxlaq fəlsəfəsi

Əxlaq fəlsəfəsi

Müasir müsəlman filosofu Misbah Yəzdinin “Əxlaq fəlsəfəsi” əsəri əsasən qərb fəlsəfi cərəyanlarında etika haqqında fundamental-fəlsəfi nəzəriyyələri təhlil və tənqid edir. Müəllif bu əsərdə qərb fikir tarixində əxlaq-etika barədə olan görüşləri tarixi-xronoloji ardıcıllıqla, olduqca maraqlı və aydın tərzdə şərh etmişdir. Bu isə oxucuya bu haqda ensiklopedik bilik əldə etməyə imkan yaradır. Filosofun təhlilləri və Avropa mütəfəkkirlərinin dərin fikrilərini dəqiq və konkret formada izah etməsi, sonra obyektiv tənqidi oxucuda əsərə və müəllifə qarşı daxili inam formalaşdırır. Burada Qədim Yunan mərhələsindən müasir dövrə qədər əxlaq fəlsəfəsinə aid nəzəriyyələr xüsusi səliqə ilə verilmişdir. Kitabın digər bir özəl cəhəti müəllifin müsəlman-İslam filosofu kimi qərb fəlsəfi fikrini təhlil və tənqid etdikdən sonra İslam əxlaq nəzəriyyəsini təqdim etməsidir. Şübhəsiz, hazırda bütün dünyanın qərb rəngi aldığı bir dönəmdə İslamın bir sistem və fəlsəfi məktəb kimi izahlı və müxtəlif məsələlərə münasibətinin elmi təqdimatı oxucularımız üçün maraqlı və dəyərlidir. Müəllif hər bir nəzəriyyəni əvvəlcə tam və olduğu kimi şərh edir, sonra öz fəlsəfi prizmasından tənqid etməyə çalışır. Bu isə filosofun obyektiv yanaşmasının bariz göstəricisidir. Ümid edirəm, dəyərli və ziyalı oxucularımız əsərin mütaliəsindən məmnun qalacaqlar. Tənqid və mülahizələrinizi gözləyirik.

Sifariş et
Paylaş:
Misbah Yəzdi
Müəllif: Misbah Yəzdi

İranlı filosof və İslam alimi. Fəlsəfə sahəsində onlarla kitab müəllifidir. "Əxlaq fəsləfəsi" və "İdrak nəzəriyyəsinə giriş" kitabları platformamız tərəfindən Azərbaycan dilinə tərcümə edilib.